Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabağdan və Azərbaycanın digər işğal edilmiş ərazilərindən çıxarılmasına çağırıb. Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabağdan və Azərbaycanın digər işğal edilmiş ərazilərindən çıxarılmasına çağırıb.

AŞ PA-dan Ermənistana sərt çağırış - “Qarabağdan çıxın”

Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabağdan və Azərbaycanın digər işğal edilmiş ərazilərindən çıxarılmasına çağırıb.


Məlumata görə, bu barədə noyabrın 5-də AŞPA-nın Demokratiya və Siyasi Məsələlər Komitəsinin məruzəçisi Robert Valterin "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair" hazırladığı hesabat əsasında bu komitədə qəbul olunan qətnamə layihəsində deyilir.

AŞPA, həmçinin Minsk prosesi çərçivəsində həmin ərazilər üzərində Azərbaycanın tam suverenliyini tanımağa çağırıb.

Komitə etimad tədbirlərinin möhkəmləndirilməsinə, eləcə də Naxçıvana çıxış üçün dəhlizin yaradılmasına çağırıb.

Təmas xəttinə yaxın mülki yaşayış məntəqələrinə qarşı bilərəkdən edilən hərəkətləri qətiyyətlə pisləyən komitə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin digər bir sıra beynəlxalq böhranlar sırasına daxil olmasına görə təəssüflənir. Qətnamə layihəsində deyilir: "Bundan sonra da təxirə salma 2014-cü ilin əvvəlindən 100-dən artıq insan ölümü ilə nəticələnən və Avropa Şurasının iki üzv dövləti arasında əsl müharibəyə çevrilə bilən bu "dondurulmamış" münaqişənin nizamlanmasını yalnız çətinləşdirir".

Ermənistan və Azərbaycanın 2001-ci ildə Avropa Şurasına daxil olarkən Dağlıq Qarabağ regionunda münaqişənin nizamlanması üçün yalnız sülh vasitələrindən istifadə edəcəklərinə dair öhdəlik götürdüklərini xatırladan komitə hər iki ölkə rəhbərliyini silahlı qüvvələrin istifadəsindən çəkinməyə çağırıb.

Komitə, həmçinin Dağlıq Qarabağda və digər işğal edilmiş ərazilərdə təhlükəsizliyin dəstəklənməsi, yerini dəyişmiş insanların təhlükəsiz qayıdışını və köçürülməsini təmin etmək üçün ATƏT-in beynəlxlq sülhməramlı qüvvələrinin yaradılmasına, eləcə də atəşkəs rejiminin pozulmasının araşdırılması və dayandırılması mexanizmlərinin yaradılmasına çağırıb.

Trend.az