Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli Qanununun tətbiqi barədə sərəncam imzalayıb. Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər təsdiq edildi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.


AzNews.az xəbər verir ki, dəyişikliklərə əsasən, qanuna aşağıdakı məzmunda 519.2-1-ci maddə əlavə edilir:

"519.2-1. Tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələlərinə dair cəzaçəkmə müəssisəsinin və ya məcburi müalicəni həyata keçirən tibb müəssisəsinin müraciəti aşağıdakı qaydada həll edilir:

519.2-1.1. psixi pozuntusu olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin uzadılması, dəyişdirilməsi və ya ləğv edilməsi məsələlərinə məcburi müalicəni həyata keçirən tibb müəssisəsinin müdiriyyətinin təqdimatı və həkim-psixiatr komissiyasının rəyi nəzərə alınmaqla həmin tədbirlərin tətbiq edildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılır;

519.2-1.2. ixtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicədə olan narkoloji xəstələrin məcburi müalicədən vaxtından əvvəl azad edilməsi və ya məcburi müalicə müddətinin uzadılması məsələlərinə məcburi müalicəni həyata keçirən müəssisənin müdiriyyətinin təqdimatı və həkim-məsləhət komissiyasının rəyi nəzərə alınmaqla müəssisənin yerləşdiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılır;

519.2-1.3. cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumlar barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin ləğv edilməsi məsələsinə məcburi müalicəni həyata keçirən cəzaçəkmə müəssisəsinin müdiriyyətinin təqdimatı və həkim-məsləhət komissiyasının rəyi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılır".