Hazırda Azərbaycanda əhali nağd manat kütləsinin dollara çevrilməsində problemlərlə üzləşib. Hazırda Azərbaycanda əhali nağd manat kütləsinin dollara çevrilməsində problemlərlə üzləşib.

Millət vəkilləri gömrük məhdudiyyətlərindən narazılıq etdi

Hazırda Azərbaycanda əhali nağd manat kütləsinin dollara çevrilməsində problemlərlə üzləşib.



Bunu deputat Elmira Axundova parlamentin bu gün keçirilən növbədənkənar plenar iclasında bildirib: "Mərkəzi Bank valyuta məzənnəsini elan etsə də, banklarda dollar tapılmır. İnsanlar bankrlarda manatı dollara çevirə bilmir. Lakin "qara bazar"da var. Bu əməliyyatlar dayandırılmalıdır".

"Seçiciləri əsas düşündürən məsələ mikrokreditlərə bağlıdır. Rusiyada Konstitutsiya Məhkəməsi əhaliyə dayaq durub, kreditləri kiçik məzənnə ilə ödənilməsi təklifini irəli sürüb. Bizdə də bir qərar qəbul edib, insanları xəbərdar etmək lazımdır. Camaat gərginlikdə yaşayır, gərək bu, nəzərə alınsın", - deyə millət vəkili qeyd edib.

O, həmçinin, gömrük məhdudiyyətlərinin aradan qaldırılmasının sahibklarlığın inkişafı üçün önəmli olduğunu qeyd edib: "Gömrük məhdudiyyətini yenidən qaytardıq. Yenə də gömrük rüsumlarının artırılması ilə bağlı söhbətlər yayılır. Xarici qəzet-jurnallara 18% ƏDV tətbiq edilib. Xarici dillərdə çıxan jurnallara əsasən ziyalılar abunə olur. Ona görə də bu qərarla ziyalı təbəqəsini mənəvi qidadan məhrum edirik".

Spiker Oqtay Əsədov Rusiya Konstitutsiya Məhkəməsinin verdiyi qərarı önə çəkən deputata cavab olaraq bildirib ki, həmin qərar yerinə yetirilməyən qərardır: "Ödənilməyən qərarı niyə qəbul etməliyik. Rusiya o qərarı qəbul etsə də, maraqlansanız görərsiz ki, qərar yerinə yetirilməyib".

Report.az