- Köhnə - Siyasət
- 20 Yanvar 2016 23:28
- 1 355
Prezident BP şirkətinin baş icraçı direktoru ilə görüşdü

Yanvarın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Böyük Britaniyanın BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşü olub.
Görüşdə "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarının işlənilməsində Azərbaycan ilə BP şirkəti arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olundu. Həmçinin Abşeron yarımadasının dayaz sulu hissəsində geoloji kəşfiyyat işlərinin aparılması sahəsində işlərin uğurla davam etdirildiyi vurğulandı.
