Fazil Mustafa: “Yalandan asılıb onların yaxasından, həmin insanları da biabır edir” Fazil Mustafa: “Yalandan asılıb onların yaxasından, həmin insanları da biabır edir”

“Xanım Xəlilova MHP-dən qovulan kimi partiya inkişaf elədi”

Fazil Mustafa: “Yalandan asılıb onların yaxasından, həmin insanları da biabır edir”



Türkiyə də yaşayan azərbaycanlı professor Xanım Xəlilova mətbuata açıqlamasında millət vəkili Fazil Mustafanı ittiham edib.

O bildirib ki, Fazil bu qədər ağıllıdırsa, niyə prezident seçilmir? Niyə siyasi proseslərə təsir etmək imkanı olan ciddi partiya yarada bilmir? O qeyd edib ki, Elçibəyin demokratiyaya arxa çevirdiyini söyləmək üçün insan gərək vicdanını tamamilə itirmiş olsun: "Fazil Mustafanın deputat seçilmək üçün necə cilddən-cildə düşdüyünü öz gözlərimizlə gördük. Cibində mandat gəzdirən bir adamın bu cür cılız hisslərlə yaşaması ona başucalığı gətirmir".

X.Xəlilovaya cavab olaraq, deputat Fazil Mustafa AzNews.az-a deyib ki, bu adamın danışığı Azərbaycan üçün bir təhqirdir. Bu baxımdan da Azərbaycan cəmiyyəti arxa planda onun fəaliyyətinin nə qədər ziyanlı olduğunu bildirsələr də, amma hamı abrına qısınıb, nələrisə qeyd etmir. O qeyd edib ki, bütövlükdə Xəlilovanın Azərbaycana hörmətsizlik gətirdiyi ortadadır: "O, nə danışır, danışsın. Yenə də həmin fikrimdəyəm ki, Əbülfəz bəyi mənəvi zəhərləyənlərin başında bu adam durur. Türkiyədə hörmətdən salınmasında onun xüsusilə rolu var.

F.Mustafa bildirib ki, BQP cəmiyyətdə öz mövqeyinə güvənir: "Cəmiyyət üçün yararsız adamların qarşısında duruş gətirə biləcək xarakterimizi təsdiq etmişik. İstənilən tarixi şəxsiyyətə, siyasi xadimə öz baxışım var. Xanım Xəlilova kimi tutuquşuluq edib, ondan-bundan əzbərlədiyim sözləri heç vaxt danışmıram. Bu adamlar narahatdırlar ki, mənim hər şeyə orjinal öz baxışım var. Atatürkə də, Əbülfəz bəyə də böyük sayqım var.

Onların da hər hansı bir şəkildə fikirlərində, görüşlərində qəbul etmədiyim məqamlar var. Bunu da söyləməyə cəsarətim var. Bu baxımdan bir siyasətçiyə bu qədər irad tutmaq axmaqlıqdan başqa bir şey deyil".

Millət vəkili vurğulayıb ki, deputat seçiləndə seçicidən səs alıb: "Ayrıca partiya olaraq seçkidə iştirak etmişik. Seçkilərdə iştirak etdiyimiz mövqe ilə bugünkü mövqeyimiz heç nə ilə fərqlənmir. Cildən-cildən girmək nəyə deyirlər? Xanım Xəlilovanın qadın hüquqları müdafiə cəmiyyətində də hörməti yoxdur. Yalandan asılıb onların yaxasından həmin insanları da biabır edir. Türkiyədən maraqlansaz, bu adamın neçə cild dəyişdiyini bilərsiz.

Təsəvvür edin ki, Bağçalı seçilən kimi X.Xəlilovanı MHP-dən qovdu. O, qovulandan sonra MHP Türkiyənin ən nüfuzlu partiyalarından birinə çevrildi. Xəlilova orada olduğu müddətdə MHP parlamentə düşə bilmirdi. Bizim hər hansı problemimiz olsaydı, arxa planda qalardıq. Cəmiyyətdə sözümüzü deyirik, bu cür tipajların da qarşısında geri çəkilmirik".

İlkin Pirəli
AzNews.az