Tramp: Ukrayna münaqişəsinin nizamlanması prosesində həm mən, həm də Vens iştirak edirik

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həlli istiqamətində aparılan prosesə şəxsən cəlb olunduğunu bildirib.

Tramp bu barədə jurnalistlərlə söhbəti zamanı deyib.

“Hamımız bu prosesdə iştirak edirik. Cey Di də”, – deyə ABŞ lideri qeyd edib.

Bununla Tramp vitse-prezident Cey Di Vensin də Ukrayna böhranının nizamlanması ilə bağlı diplomatik səylərdə iştirak etdiyini vurğulayıb.

ABŞ prezidenti Vaşinqtonun münaqişənin həlli istiqamətində fəaliyyətini davam etdirdiyini bildirib, lakin prosesin detalları barədə əlavə məlumat verməyib.

Mövsüm,

AzNews.az