Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatı (ADR) İctimai Birliyi qeydiyyatla bağlı yanvarın 28-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinə müraciət edib. Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatı (ADR) İctimai Birliyi qeydiyyatla bağlı yanvarın 28-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinə müraciət edib.

Qubad İbadoğlu nazirliyə müraciət etdi

Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatı (ADR) İctimai Birliyi qeydiyyatla bağlı yanvarın 28-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinə müraciət edib.

Bu barədə AzNews.az-a hərəkatın təşkilat komitəsinin üzvü Ellada Məmmədli məlumat verib.

Onun sözlərinə görə, Hərəkatın qeydiyyata alınması üçün bütün sənədlər qaydasındadır.

Qeyd edək ki, Azərbaycan Demokratiya və Rifah Hərəkatı qeydiyyata alınması ilə bağlı mart ayında Ədliyyə Nazirliyinə müraciət etmişdi. Lakin nazirlik qurumu qeydiyyata almaqdan imtina edərək sənədləri geri qaytarmışdı.

Bahar RÜSTƏMLİ
AzNews.az