“Danışıqları bərpa etmək üçün yeni təkliflər olmalıdır”

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqları bərpa etmək üçün yeni təkliflər olmalıdır".

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirib. Millət vəkili söyləyib ki, yeni təkliflər olsa, danışıqları da bərpa etmək mümkün olar.

Xankəndi hava limanı ilə bağlı məsələyə də toxunan R.Musabəyov deyib ki, işğal altında olan ərazilərindən qanunsuz uçuşlara Azərbaycan qəti olaraq icazə vermədiyini bəyan edib: "Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində hər hansı uçuş reallaşdırallarsa, bu danışıqlar prosesinə mənfi təsir göstərəcək. Ümumiyyətlə, bu məsələ danışıqların predmenti olmamalıdır".

Vasif Həsənli
AzNews.az