Babək prospektinin əsas hissəsində işlər iki-üç gün ərzində tam olaraq yekunlaşacaq. Babək prospektinin əsas hissəsində işlər iki-üç gün ərzində tam olaraq yekunlaşacaq.
  • Toplum
  • 12 Noyabr 2018 13:54
  •  1 352

Babək prospektində təmir işləri nə vaxt yekunlaşacaq?

Babək prospektinin əsas hissəsində işlər iki-üç gün ərzində tam olaraq yekunlaşacaq.

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, prospektin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsindən “Maşın bazarı”na kimi olan hissəsində işlər bitib:

“Hazırda Babək körpüsünün alt hissəsində işlər aparılır. Bu işlərin iki-üç gün ərzində sona çatacağı gözlənilir. Bundan sonra Babək prospekti tamamilə sürücülərin ixtiyarında olacaq”.

Qeyd edək ki, Babək prospektində təmir işlərinə 2018-cı ilin əvvəlindən başlayıb.(oxu.az)

AzNews.az