Suyun sərfi 49 m3/san azalaraq 145 m3/san təşkil edib Suyun sərfi 49 m3/san azalaraq 145 m3/san təşkil edib
  • Toplum
  • 14 Yanvar 2019 13:37
  •  1 335

Yanvarın ilk ongünlüyündə çayların vəziyyəti açıqlanıb

Suyun sərfi 49 m3/san azalaraq 145 m3/san təşkil edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən AzNews.az-a verilən məlumata Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə yanvar ayında növbəti monitorinq keçirib.

Yanvar ayının I ongünlüyündə Kür çayında suyun sərfi dekabr ayının III ongünlüyünə nisbətən 49 m3/san azalaraq 145 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı Şıxlı-2, Ağstafaçay, Ağstafa su anbarında, Araz çayının Horadiz, Bəhramtəpə və I Şahsevəndə məntəqələrində biogen və spesifik çirkləndiricilərin miqdarının normadan artıq olması müşahidə olunub.

Yanvar ayının I ongünlüyündə aparılan monitorinqlərin fiziki-kimyəvi analiz nəticələrinə görə suyun tərkibindəki fenollar Kür çayı üzrə Şıxlı-2 məntəqəsində 2, Ağstafa su anbarı Musaköy kəndində 1,3, Ağstafaçayda-Qazax şəhərində 1,4, Araz çayı üzrə Horadizdə, Bəhramtəpədə və I Şahsevəndə 1,6-2,1, biogen maddələrdən nitritlərin miqdarının isə 1,5-1,9 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5,84-6,30 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Səidə Nurməmmədli
AzNews.az