Ticarət obyektləri yanğından mühafizə olunub Ticarət obyektləri yanğından mühafizə olunub
  • Toplum
  • 23 Yanvar 2019 11:36
  •  2 067

Topdan satış mərkəzində yanğın - Bakıda

Ticarət obyektləri yanğından mühafizə olunub

Bakı şəhərində yanğın hadisəsi qeydə alınıb.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Nərimanov rayonunda inşaat materiallarının topdan və pərakəndə satış mərkəzinin ərazisində yanğın hadisəsi baş verib.

Yanğın zamanı ümumi sahəsi 400 m² olan talvarın altına yığılmış taxta materiallar 300 m² sahədə yanıb. Taxta materialların qalan hissəsi və yaxınlıqdakı ticarət obyektləri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzNews.az