• Toplum
  • 25 Yanvar 2019 11:26
  •  374

Yeni xəbər saytı fəaliyyətə başladı

Azərbaycanda yeni onlayn media - Yenisabah.az saytı fəaliyyətə başlayıb.

Bu barədə saytın rəhbəri Elnur Məmmədli məlumat verib.

O bildirib ki, "Yenisabah.az" saytı ölkədə baş verən siyasi, ictimai, sosial, iqtisadi və həyatın digər sahələrini əhatə edən mövzularda xəbərlər yayacaq:

"Mövcud mediada olan ənənəvi xəbər kateqoriyalarından fərqli bir neçə sahəvi bölmələr də saytda fəaliyyət göstərəcək. Müstəqil fəaliyyət göstərən sayt ölkədəki ictimai və siyasi təşkilatlar arasında heç bir fərq qoymadan xəbər hesab olunacaq bütün məlumatları öz səhifəsində işıqlandıracaq. Media sahəsində kifayət qədər rəqabətin olduğunu bilirik. Amma kifayət qədər boşluqların da olduğunu görürük. Ona görə də saytın inkişafı üçün bu boşluqlardan yararlanmaq və təkrarçılığa yol verməmək üçün isə fərqlənmək niyyətindəyik. Əsas hədəfimiz Azərbaycanda olan internet istifadəçilərinin ən azı 10 faizini öz oxucumuza çevirməkdir. Bunun üçün oxucularımızla daim kontaktda olmaq və xüsusilə vətəndaş jurnalistikasının imkanlarından maksimum istifadə etmək niyyətindəyik. Prinsiplərimizdən biri də insanların vaxtını çox almamaq üçün bacardığımız qədər xəbər yükünü saxlamaqla yazılarımızın (müəllif yazıları istisna olmaqla) kifayət qədər qısa təqdim olunmasıdır".(qafqazinfo.az)

© AzNews.az