Hazırda qəzanın nəticələri aradan qaldırılır. Hazırda qəzanın nəticələri aradan qaldırılır.
  • Toplum
  • 28 Fevral 2019 11:33
  •  2 115

Abşeron və Sumqayıtda internet kəsildi

Hazırda qəzanın nəticələri aradan qaldırılır.

Abşeron rayonunun və Sumqayıt şəhərinin böyük hissəsində internet təchizatı ilə bağlı problem yaranıb.

Buna səbəb Azərbaycanın milli telekommunikasiya operatoru olan “Delta Telecom” şirkətinə məxsus fiber-optik kabelin zədələnməsidir.

Hadisənin kabelin altından keçdiyi avtomobil yolunda aparılan qazıntı işləri zamanı baş verdiyi bildirilir. Hazırda qəzanın nəticələri aradan qaldırılır.

Məsələ ilə bağlı “Delta Telecom”la əlaqə saxlanılıb, şirkətdən bu barədə onlarda məlumat olmadığı bildirilib.(report.az)

AzNews.az