İmtahana qeydiyyat 15 mart saat 17:00-dək davam edəcək. İmtahana qeydiyyat 15 mart saat 17:00-dək davam edəcək.
  • Toplum
  • 1 Mart 2019 14:55
  •  1 569

İmtahan olacaq

İmtahana qeydiyyat 15 mart saat 17:00-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 17 mart 2019-cu il tarixində dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.

DİM-dən verilən məlumata görə, imtahan kompüter vasitəsilə aparılacaqdır. İmtahanın keçiriləcəyi ünvan: Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası).

İmtahana qeydiyyat 15 mart saat 17:00-dək davam edəcək.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır.

AzNews.az