Azərbaycanda məhkumların sayı azalıb. Azərbaycanda məhkumların sayı azalıb.
  • Toplum
  • 6 Mart 2019 12:59
  •  1 567

Azərbaycanda məhkumların sayı açıqlandı

Azərbaycanda məhkumların sayı azalıb.

“2015-ci ildə Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində saxlanılanların sayı 24 mindən çox idisə, 2018-ci ildə bu rəqəm 21 800 olub”.

Bunu Ədliyyə Nazirliyinin Probasiya xidmətində jurnalistlərlə keçirilən görüşdə nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin rəisi Malik Ələkbərov deyib.

“Burada 3 minə yaxın fərq var. Deməli, 3 cəzaçəkmə müəssisəsinin fəaliyyət göstərməsinə ehtiyac yoxdur. Bütün bunlar Prezident İlham Əliyevin cəzaların humanistləşdirilməsi ilə bağlı sərəncamından irəli gəlir”-deyə M.Ələkbərov qeyd edib.(report.az)

AzNews.az