- Toplum
- 4 Aprel 2019 10:40
- 1 559
Avtobus vuran 54 yaşlı kişi öldü
Sumqayıtda 54 yaşlı kişini marşrut avtobusu vuraraq öldürüb.
Hadisə 2 gün əvvəl qeydə alınıb.
Məlumata görə, 1965-ci il təvəllüdlü Tağıyev Faiq Təriş oğlu yolu keçərkən onu 7 nömrəli marşrut avtobusu vurub. Yaralı xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.(report.az)
AzNews.az