Məktubda şagirdlərin dərslərdə iştirakı ilə bağlı müvafiq tədbirlərin görülməsi qeyd olunur Məktubda şagirdlərin dərslərdə iştirakı ilə bağlı müvafiq tədbirlərin görülməsi qeyd olunur
  • Toplum
  • 24 Aprel 2019 13:53
  •  2 269

Təhsil Nazirliyi “Formula 1”lə bağlı məktəblərə təlimat göndərdi

Məktubda şagirdlərin dərslərdə iştirakı ilə bağlı müvafiq tədbirlərin görülməsi qeyd olunur

Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinə aprelin 26-28-də Bakı şəhərində keçiriləcək "Formula 1" SOCAR Azərbaycan Qran-prisi ilə bağlı təlimat məktubu göndərilib.

Nazirlikdən verilən məlumata görə, məktubda sözügedən yarışla əlaqədar şəhərin bəzi küçə və prospektlərinin bağlı olduğu nəzərə alınaraq, şagirdlərin dərslərdə iştirakının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi, həmçinin alternativ yolların müəyyən edilərək valideynlərə məlumat verilməsi qeyd olunur.

AzNews.az