İqbal Ağazadəyə ağır itki

"Binanın pilləkənini qalxanda ürəyi tutub"

Sabiq deputat, Ümid Partiyasının sədri İqbal Ağazadəyə ağır itki üz verib.

AzNews.az xəbər verir ki, partiya sədrinin əmisi oğlu dünyasını dəyişib.

İqbal Ağazadə saytımıza açıqlamasında bildirib ki, 49 yaşlı əmisi oğlu Loğman Abbasov iki gün öncə itkin düşüb:

“Axtardıq tapmadıq. Sən demə gedib işə, binanın pilləkənini qalxanda ürəyi tutub. Elə oradaca keçinib”.

Bahar RÜSTƏMLİ

AzNews.az