• Toplum
  • 10 İyul 2019 12:44
  •  427

Günəş yanıqlarından necə xilas ola bilərik?

Yanıqdan sonra bol maye qəbul edilməlidir

Yay aylarında günəş yanmasından əziyyət çəkənlər təbii ki, az deyil, amma hər şeyin çarəsi olduğu kimi bunun da qarşısını almaq üçün üsullar var.

AzNews.az Türkiyə KİV-nə istinadən sizə günəş yanmasından əziyyət çəkənlər üçün bir neçə məsləhət verir:

1.İlıq su ilə duş almaq və yanığın olduğu bölgəni nəmli saxlamaq ağrını azaldacaq.

2.Yanıqdan sonra bol maye qəbul edilməli və mənşəyi məlum olan özünəqulluq vasitələri istifadə olunmalıdır.

3.Dəridə soyulma başlayıbsa, nəmləndirici istifadə olunmalı, uzun bir zaman günəşə çıxılmamalıdır.

4.Dəhşətli günəş yanıqlarından sonra maye dolu şişlər yaranıbsa, vaxt itirmədən həkimə müraciət etmək lazımdır.

Səidə Vahid

AzNews.az