Bu barədə "Buta Airways" xəbər verir Bu barədə "Buta Airways" xəbər verir
  • Toplum
  • 12 İyul 2019 10:45
  •  1 337

Bakıdan Batumiyə gedən təyyarə geri döndü, səbəbi...

Bu barədə "Buta Airways" xəbər verir

Batumi Hava Limanında (BUS) qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq "Buta Airways"in saat 07:46-da Bakıdan yola düşən J2 9227 nömrəli aviareysində hava gəmisinin kapitanı uçuş aeroportuna geri qayıtmaq qərarı alıb.

Bu barədə "Buta Airways" xəbər verir.

Məlumata görə, reys Bakı vaxtı ilə saat 10:12-da Heydər Əliyev Aeroportunda (GYD) uğurlu eniş edib.

Təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Bakıdan Batumiyə yola düşəcək.(trend.az)

AzNews.az