Cəlilabad sakininin evində dördüncü dəfə yanğın baş verib Cəlilabad sakininin evində dördüncü dəfə yanğın baş verib
  • Toplum
  • 14 İyul 2019 12:47
  •  2 369

Cəlilabad sakininin evi dördüncü dəfə yanıb

Cəlilabad sakininin evində dördüncü dəfə yanğın baş verib

Yanğın hadisəsi bu gün səhər saatlarında rayonun Bədirli kəndində baş verib.

Kənd sakini Zakir Əliyevə məxsus ev yanıb. Yataq otağından başlayan yanğın qısa zamanda evi tamamilə bürüyüb. Hadisə yerinə FHN-nin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını çağırılsa da, evin əksər hissəsi tamamilə yanıb.

Ailə üzvləri xəsarət almayıb. Ancaq artıq 4-cü dəfədir ki, evdə yanğın olması diqqət çəkir. Ailə üzvləri yanğının əvvəllər də məhz yorğan-döşəkdən başladığını bildiriblər.

Faktla bağlı araşdırma aparılır. (APA)