Bakıda 5 nəfər xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib Bakıda 5 nəfər xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
  • Toplum
  • 14 İyul 2019 18:57
  •  2 323

Bakıda minik avtomobili aşıb, bir ailənin 5 üzvü ağır xəsarət alıb

Bakıda 5 nəfər xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Qəza Qaradağ rayonu ərazisində Lökbatan-Sahil qəsəbəsi avtomobil yolunda qeydə alınıb.

“Lada Priora” markalı avtomobil qarşıdakı avtomobili ötmək istəyərkən sürücü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Avtomobildə olan 5 nəfər ağır bədən xəsarətləri alıblar. Hadisə şahidlərinin bildirdiyinə görə, yaralılardan 3 nəfəri azyaşlıdır.

Onların bir ailənin üzvü olduğu bildirilir. (APA)