Onlar ümumi balları haqqında məlumatı vahid arayış şəklində əldə edə biləcəklər Onlar ümumi balları haqqında məlumatı vahid arayış şəklində əldə edə biləcəklər
  • Toplum
  • 31 İyul 2019 13:26
  •  2 260

DİM abituriyentlərə müraciət edib

Onlar ümumi balları haqqında məlumatı vahid arayış şəklində əldə edə biləcəklər

Dövlət İmtahan Mərkəzi (DİM) bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə imtahan verən abituriyentlərin “Şəxsi kabinet”lərinə yeni elektron xidmət inteqrasiya edib.

DİM-dən AzNews.az-a verilən məlumata görə, abituriyentlər bu il iştirak etdikləri birinci və ikinci mərhələ üzrə qəbul imtahanlarında (o cümlədən yaz və yay imtahanları) topladıqları ballar, həmçinin ümumi balları haqqında məlumatı vahid arayış şəklində əldə edə biləcəklər.

Xidmətə keçid “Şəxsi kabinet”tin “Elektron xidmətlər” bölməsində yerləşdirilib.

AzNews.az

image description image description image description