Sonda onun haqqında polisə müraciət edilib Sonda onun haqqında polisə müraciət edilib
  • Toplum
  • 10 Sentyabr 2019 10:24
  •  10 043

Məktəbdə biabırçılıq: riyaziyyat müəllimindən qıza "Səninlə ... istəyirəm..." - VİDEO

Sonda onun haqqında polisə müraciət edilib

Türkiyənin Konya bölgəsində 5 şagirdinə qarşı seksual xarakterli hərəkətlər edən müəllimin cəzası bəlli olub.

AzNews.az xəbər verir ki, Orhan A. adlı 61 yaşlı riyaziyyat müəllimi 6-cı sinfdə oxuyan 5 qıza qarşı uyğunsuz hərəkətlər etdiyinə görə hakim qarşısına çıxarılıb.

Ona 23 il həbs cəzası verilb. Zərərçəkmişlərin ifadəsi isə hər kəsi şoka salıb. Qızlardan biri bildirib ki, müəllim ona "Səni məktəbdə bir başqa, çöldə isə bir başqa cür sevirəm", - deyərək bir neçə dəfə öpüb. Qızların sözlərinə görə, riyazi məsələ həll edən zaman Orhan A. onları qucaqlayaraq durmadan öpürmüş. Oğlanlarla isə hər zaman kobud rəftar edirmiş.

Bir qıza isə "Səninlə oynaşmaq istəyirəm" deyib və çox sərt cavab alıb. Sonda onun haqqında polisə müraciət edilib.

Müəllim isə bütün bu hərəkətlərində pis niyyətinin olmadığını, sadəcə şagirdlərini çox sevdiyini bildirib.

Aynur

AzNews.az

image description