Qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir Qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir
  • Toplum
  • 11 Sentyabr 2019 11:17
  •  44 624

Bu müəllimlərin maaşlarının məbləği müəyyənləşdi - CƏDVƏL

Qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir

Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqları artırılıb.

Bununla bağlı “Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 1 fevral tarixli 26 nömrəli Qərarında dəyişiklik edilib.

Qərara əsasən, dövlət peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmamış müəllimlərin, baş ustaların və istehsalat təlimi ustalarının aylıq vəzifə maaşı müvafiq olaraq bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, baş ustaların və istehsalat təlimi ustalarının aylıq vəzifə maaşından 25 faiz aşağı, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmamış gənclərin çağırışaqədərki hazırlığı və fiziki tərbiyə rəhbərlərinin aylıq vəzifə maaşı müvafiq olaraq bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış gənclərin çağırışaqədərki hazırlığı və fiziki tərbiyə rəhbərlərinin aylıq vəzifə maaşından 10 faiz aşağı müəyyən edilib.

Həmin Qərarla dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşları artırılaraq aşağıdakı kimi olub:

Həmin Qərarla dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış baş ustaların aylıq vəzifə maaşları aşağıdakı kimi olub:

Qərara əsasən, dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış istehsalat təlimi ustalarının aylıq vəzifə maaşları aşağıdakı kimi olub:

Qərarla dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşları aşağıdakı kimi müəyyənləşdirilib:

Həmin Qərarla dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış fiziki tərbiyə rəhbərlərinin aylıq vəzifə maaşları aşağıdakı kimi olub:

Qeyd edək ki, dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşlarına qrup rəhbərliyinə görə 50 manat əlavə ödənilir.

Bu Qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir.

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşlarının və vəzifə maaşlarına edilən əlavələrin məbləğləri müəyyənləşdirilib.

Bununla bağlı “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 270 nömrəli Qərarında dəyişiklik edilib.

Qərara əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmamış müəllimlərin aylıq vəzifə maaşı bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşından 25 faiz aşağı, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmamış gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşı isə bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşından 10 faiz aşağı müəyyən edilib.

Eyni zamanda qərarla dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları aşağıdakı kimi olub:

Həmçinin qərara əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşları aşağıdakı kimi müəyyənləşdirilib:

Qeyd edək ki, bu Qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir.