Yasamal RPİ tərəfindən araşdırma aparılır Yasamal RPİ tərəfindən araşdırma aparılır
  • Toplum
  • 9 Oktyabr 2019 15:18
  •  1 923

Bakıda avtomobil piyadanı vurub öldürdü

Yasamal RPİ tərəfindən araşdırma aparılır

Yasamal rayonunun Tbilisi prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, oktyabrın 8-də saat 3 radələrində Yasamal rayonunun Tbilisi prospektində Abşeron rayon sakini Xəqani Səfərov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən Biləsuvar rayon sakini Nadir Talıbovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.