Təxminən 1 saatlıq müdaxilə nəticəsində yanğın söndürülüb Təxminən 1 saatlıq müdaxilə nəticəsində yanğın söndürülüb
  • Toplum
  • 20 Noyabr 2019 14:20
  •  1 843

Yanğın zamanı ev istifadəsiz vəziyyətə düşdü

Təxminən 1 saatlıq müdaxilə nəticəsində yanğın söndürülüb

Türkiyənin Bilecik bölgəsinin Bozüyük ərazisində üç mərtəbəli binanın üçüncü mərtəbəsində çıxan yanğın zamanı ev istifadəsiz vəziyyətə düşüb.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, Yediler məhəlləsində Necla Karaya aid binanın istifadə olunmayan üçüncü mərtəbəsində yanğın hadisəsi baş verib.

İkinci mərtəbədə yaşayan Kara ailəsi, tüstü çıxdığını gördükdə binadan çıxaraq yanğınsöndürən çağırıb.

Qısa zaman ərzində yanğınsöndürənlərin gəlməsinə baxmayaraq ev yararsız vəziyyətə düşüb. Təxminən 1 saatlıq müdaxilə nəticəsində yanğın söndürülüb.

Qeyd edək ki, yanğının baş vermə səbəbini öyrənmək üçün araşdırmalar aparılır.

Səidə Vahid

AzNews.az