Imtahan fevralın 23-də keçiriləcək Imtahan fevralın 23-də keçiriləcək
  • Toplum
  • 14 Fevral 2020 11:05
  •  2 026

Magistraturaya ərizə qəbulu başa çatıb

Imtahan fevralın 23-də keçiriləcək

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına ərizə qəbulu başa çatıb.

Dövlət İmtahan Mərkəzindən AzNews.az-a verilən xəbərə görə, 15703 bakalavr elektron ərizəsini təsdiq edib.

Onlardan 14404-ü Azərbaycan, 1299-u rus bölməsi üzrədir.

Qeyd edək ki, magistraturaya qəbul imtahanı fevralın 23-də keçiriləcək.