Tərəflər siyahı hazırlamaq barədə öhdəlik götürüblər Tərəflər siyahı hazırlamaq barədə öhdəlik götürüblər
  • Toplum
  • 25 Mart 2020 16:04
  •  2 715

Yüksək təhlükə mənbəli maddələrin siyahısı hazırlanacaq

Tərəflər siyahı hazırlamaq barədə öhdəlik götürüblər

Yüksək təhlükə mənbəli maddələrin siyahısı tərtib olunacaq.

AzNews.az-ın məlumatına görə, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişində əksini tapıb.

Sazişə əsasən, tərəflər əmtəələrin istehsalı, işlərin (xidmətlərin) görülməsi zamanı istifadəsi qadağan olunan kimyəvi, radioaktiv və digər yüksək təhlükə mənbəli maddələrin siyahısını hazırlamaq barədə öhdəlik götürüblər.