Hökumətə təkliflər təqdim ediləcək Hökumətə təkliflər təqdim ediləcək
  • Toplum
  • 1 Aprel 2020 10:08
  •  2 643

Teledərslərin effektivliyini ölçmək üçün böyük qiymətləndirmə keçiriləcək

Hökumətə təkliflər təqdim ediləcək

Təhsil Nazirliyi məktəblərdə tədris bərpa olunduqdan sonra təxirə salınan mövzular üzrə böyük qiymətləndirmə həyata keçirməyi planlaşdırır.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov deyib.

Onun sözlərinə görə, bu qiymətləndirmə nəticəsində teledərslərin nə qədər effektiv olduğu, şagirdlərin proqramdan geri qalıb-qalmadığı müəyyən olunacaq.

O.Abbasov qeyd edib ki, bunun nəticəsində müvafiq addımların atılması məqsədilə təkliflər hazırlanaraq hökumətə təqdim ediləcək.