- Toplum
- 18 May 2020 19:54
- 3 678
Bulvardakı qaydalara polis nəzarət edəcək
"Masalar arasında məsafə 2 metrdən az, insanlar arasında məsafə 1 metrdən az olmamalıdır"
Bu gündən etibarən Bulvar sakinlərin ixtiyarına verilib.
AzNews.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Bulvar İdarəsinin rəisi İlqar Mustafayev bildirib.
İ.Mustafayev qeyd edib ki, insanlar qaydalara riayət etməlidirlər:
"Masalar arasında məsafə 2 metrdən az, insanlar arasında məsafə 1 metrdən az olmamalıdır. Daxili İşlər Nazirliyinin əməkdaşları da qaydalara riayət edilməsinə nəzarət edəcək".
Bulvar rəsmisinin sözlərinə görə, atraksiyonlar, uşaq əyləncə mərkəzləri, gəmi istifadə üçün açılmayacaq.