Daşkəsən, Zaqatala, Quba, Qusarda yağış yağıb Daşkəsən, Zaqatala, Quba, Qusarda yağış yağıb
  • Toplum
  • 23 May 2020 20:11
  •  4 148

Neft Daşlarında dalğanın hündürlüyü 3,2 metrə çatıb

Daşkəsən, Zaqatala, Quba, Qusarda yağış yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AzNews.az-a verilən məlumata görə, respublika ərazisində qərb rayonlarından başlayaraq şimal-qərb küləyi güclənib.

Küləyin maksimal sürəti Naftalanda 32 m/s, Gəncədə 28 m/s, Tovuz, Tərtərdə 25 m/s, Xaçmaz, Ağstafada 20 m/s, Yardımlıda 16 m/s, Bakıda 20 m/s olub.

**

Saat 19:00-a olan məlumata əsasən Daşkəsən, Zaqatala, Quba, Qusarda yağış yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi arabir Neftçalada 35 m/s, Naftalanda 32 m/s, Gəncədə 28 m/s, Tovuz, Ağstafa, Tərtərdə 25 m/s, Yevlaxda 23 m/s, Ağdam, Xaçmazda 20 m/s, Şəmkirdə 19 m/s, Zərdabda 18 m/s, Yardımlıda 16 m/s, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda: Maştağada 33 m/s, Bakıda 30 m/s, Pirallahı, Qum adasında 25 m/s, Binədə 23 m/s, Ələtdə 22 m/s, Neft Daşlarında 25 m/s, Sumqayıtda 24 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3,2 metrə çatıb.