Artıq aviabiletlər satışa çıxarılıb Artıq aviabiletlər satışa çıxarılıb
  • Toplum
  • 2 İyun 2020 19:54
  •  2 939

“Türk Hava Yolları” İstanbul-Bakı-İstanbul reysini bərpa edir

Artıq aviabiletlər satışa çıxarılıb

Türkiyənin milli aviadaşıyıcısı “Türk Hava Yolları” şirkəti (THY) İstanbul- Bakı-İstanbul reysini bərpa edir.

AzNews.az bu barədə şirkətə istinadən xəbər verir.

Məlumata görə, artıq aviabiletlər satışa çıxarılıb.

“Əgər iyunun 15-də sərhədlər açılsa, THY uçuşları həyata keçirməyə başlayacaq. Sərhədlərin bağlı qalması müddəti uzadılsa, uçuşlar təxirə salınacaq. Amma bilet alanlar heç bir problemlə üzləşməyəcək. Onlar biletlərini geri qaytara və yaxud 2021-ci ilin sonuna qədər istənilən tarixə dəyişdirə biləcəklər", - THY-dən "Report"a bildirilib.