• Toplum
  • 22 İyun 2020 14:56
  •  1 244

“Təmiz dünya” yeni layihənin icrasına başlayır

Layihə çərçivəsində sakinlərə müxtəlif mövzular üzrə könüllü 9 seminarın keçirilməsi də nəzərə alınıb

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Daxili İşlər Nazirliyi ilə birgə keçirdiyi 2020-ci ilin 1-ci qrant müsabiqəsinin qalibi “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi olub.

AzNews.az xəbər verir ki, layihə 2 ay ərzində Bakı şəhərində “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin “Qadın və uşaq sığınma evində” icra ediləcək.

İnsan alverinin qurbanları və potensial insan alveri qurbanları üçün sığınacağın fəaliyyətinin gücləndirilməsi üzrə layihədən 30 nəfərin reabilitasiyası və reinteqrasiyası nəzərdə tutulur (hüquqi, psixoloji, tibbi, əmək fəalyyəti, qida, geyim, dərman perepratları ilə təmini, uşaqlarının geyimləri, qidası, təhsil və sağlamlıq problemlərinin həlli).

Layihə çərçivəsində sakinlərə müxtəlif mövzular üzrə könüllü 9 seminarın keçirilməsi də nəzərə alınıb.
Hazırda lahiyə ilə bağlı DİN-in İAQMBİ-nin rəisi, polis general-mayoru cənab Həzi Aslanov, Azərbaycan Respublikasının Səhiyyə naziri cənab Oktay Şirəliyev, Azərbaycan Respublikasının Təhsil naziri cənab Ceyhun Bayramov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Ailə, Qadın Və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Respublikasının,İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva rəsmi məlumatlandırılıblar.