- Toplum
- 15 Avqust 2020 13:22
- 6 129
Deputat Vüqar İskəndərov seçiciləri ilə növbəti onlayn görüşünü keçirib - FOTOLAR

Görüşdə seçicilər öz problem və təkliflərini millət vəkilinə çatdırıblar
Milli Məclisin deputatı Vüqar İskəndərov seçiciləri ilə növbəti onlayn görüşünü keçirib.
AzNews.az bildirir ki, görüşdə seçicilər öz problem və təkliflərini millət vəkilinə çatdırıblar. Problemlər arasında kommunal problemlər, məşğulluq, maliyyə məslələri və s. mövzular yer alıb. Bəzi məsələlər elə yerindəcə həll olunub. Bəziləri isə aidiyyatı üzrə yönləndirilib.
Qeyd edək ki, bu cür onlayn qəbullar növbəti həftələrdə də həyata keçiriləcək.



