Rusiya-Azərbaycan sərhədi mart ayının 18-dən bağlanıb Rusiya-Azərbaycan sərhədi mart ayının 18-dən bağlanıb
  • Toplum
  • 25 Avqust 2020 23:57
  •  4 003

400 azərbaycanlı Rusiyadan gətirildi

Rusiya-Azərbaycan sərhədi mart ayının 18-dən bağlanıb

Bu gün daha 400 Azərbaycan vətəndaşı Rusiyanın Dağıstan Respublikasından ölkəmizə təxliyə edilib.

AzNews.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin Dərbənd şəhərində olan əməkdaşı Tural Səfərov APA-ya məlumat verib.

Rusiya-Azərbaycan quru sərhədi vasitəsi ilə 400 Azərbaycan vətəndaşının vətənə qayıtması təmin olunub.

Qeyd edək ki, koronavirus pandemiyasına görə Rusiya-Azərbaycan sərhədi mart ayının 18-dən bağlanıb.