Peyvənd pulsuz olacaq Peyvənd pulsuz olacaq
  • Toplum
  • 12 Oktyabr 2020 00:17
  •  2 581

Bu gündən Azərbaycanda qripə qarşı peyvəndə start verilir

Peyvənd pulsuz olacaq

Bu gündən başlayaraq əhali arasından müəyyən olunmuş risk qruplarına aid şəxslərin mövsümi qripə qarşı vaksinasiya kampaniyasına start veriləcək.

AzNews.az-ın məlumatına görə, Səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq əmrinə əsasən, bu kampaniya zamanı ilk növbədə tibb işçiləri, hamilə qadınlar və xroniki tənəffüs yolları xəstəliklərinə malik olan 6 aylıqdan yuxarı uşaqlar və böyüklər vaksinasiyaya cəlb ediləcəklər.

Kampaniya çərçivəsində bu əhali qruplarından olan şəxslər yaşayış yeri üzrə əhaliyə xidmət göstərən ambulator-poliklinik müəssisələrə müraciət edərək, həkim baxışından keçib peyvənd vurdura bilərlər.

Kampaniya 1 ay müddətində davam edəcək.

Qeyd edək ki, peyvənd pulsuz olacaq.