Maska həm burunu, həm ağızı örtməlidir Maska həm burunu, həm ağızı örtməlidir
  • Toplum
  • 23 Oktyabr 2020 20:32
  •  2 794

“Maskanı belə gəzdirmək yoluxmaya səbəb olur”

Maska həm burunu, həm ağızı örtməlidir

“Bəzi insanlar maska taxmağı maska gəzdirmək xətrinə edirlər. Hamı bilməlidir ki, maskanı belə gəzdirmək əslində yoluxmaya səbəb olur”

AzNews.az xəbər verir ki, bunu TƏBİB-in elmi komitəsinin sədri Akif Qurbanov REAL TV-nin efirində qonaq olarkən deyib. O bildirib ki, maska həm burunu, həm ağızı örtməlidir. Tənəffüs yolları mütləq örtülməlidir:

“Maska tənəffüs yollarını qoruyan bir vasitədir. Hazırda müharibə gedir. Qələbə gününü tam səbirsizliklə gözləyirik. Hamımız çalışmalıyıq ki, yoluxma artmasın. Yoluxma artanda səhiyyə sistemimiz yüklənir. Bu günlərdə xəstəxanalar müharibədə iştirak edən əsgərlərimiz üçün lazımdır. Artıq qorunma vasitələrinə əməl etmək vətənpərvər hisslərimizin bir hissəsi olmalıdır. Hər kəs özünü qorusa, səhiyyə sistemimizə kömək etmiş olarıq”.

A. Qurbanov qeyd edib ki, bizdən asılı olmayan bəzi səbəblər də var: “Bu fəsil bütün respirator, qrip və qripə bənzər xəstəliklərin aktivləşməsi vaxtıdır. Nə üçün kəskin artdı? Çünki psixoloji cəhətdən koronavirusu nəzərimizdən qaçırtdıq. Müharibə xəbərləri virusu ikinci plana keçirtdi”.