Onun barəsində toplanan materiallar rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib Onun barəsində toplanan materiallar rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib
  • Toplum
  • 12 Dekabr 2020 19:12
  •  5 198

Bakıda maska taxmayan koronavirus xəstəsi saxlanıldı - Video

Onun barəsində toplanan materiallar rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları 34 yaşlı Rəşad Əhmədovu Binə qəsəbəsində ictimai yerdə tibbi maskadan istifadə etmədiyinə görə saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, araşdırma zamanı onun aktiv COVID-19 virusunun daşıyıcısı kimi qeydiyyatda olduğu müəyyən olunub.

Polis əməkdaşları onunla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumu məlumatlandırılıb.

Onun barəsində toplanan materiallar rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.