• Toplum
  • 14 Dekabr 2020 22:54
  •  204

Azərbaycanda son bir il ərzində 27 uşaq övladlığa verilib

Bu ilin 11 ayı ərzində övladlığagötürmə ilə bağlı 137 müraciət daxil olub

Azərbaycanda hazırda övladlığa verilə biləcək uşaq sayı 23-dür.

Bu barədə AzNews.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, son bir il ərzində 27 uşaq övladlığa verilib.

Agentlikdən həmçinin bildirilib ki, bu ilin 11 ayı ərzində övladlığagötürmə ilə bağlı 137 müraciət daxil olub.