Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib
  • Toplum
  • 25 Dekabr 2020 19:37
  •  3 379

Bu hərbçilərin uşaqlarına da sosial müavinət veriləcək

Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Sosial müavinətlər haqqında” qanun layihəsi müzakirə edilib.

AzNews.az xəbər verir ki, qanun layihəsinə əsasən, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına da sosial müavinət veriləcək.

Hərbi qulluqçuların uşaqlarına sosial müavinət şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda təyin olunacaq.

Qanuna təklif edilən dəyişikliyə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqda və ya vəfat etdikdə müavinətlərin ödənişi dayanacaq.

Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.