- Toplum
- 8 Fevral 2021 08:23
- 5 932
Qanunsuz toy edilən restoran kimindir?

Bakıda polis əməkdaşları şadlıq evində toy məclisi keçirənləri saxlayıb
Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qeyd edilib ki, Yasamal rayonunda yerləşən "Atlantis" restoranının “Eyforiya” zalında gizli şəkildə toy mərasiminin keçirildiyi haqda polisə məlumat daxil olub. Yasamal polisinin əməliyyatı zamanı fakt təqdiqlənib və toyda iştirak edən 70 nəfər barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
AzNews.az Bakupost.az-a istinadən xəbər verir ki, sözügedən restoran sabiq hərbi komissar və deputat Əliağa Hüseynova aiddir.