- Toplum
- 8 Fevral 2021 22:28
- 3 804
Vaksinasiya yalnız tibb müəssisəsində aparılmalıdır - TƏBİB

Yaşı 65-dən çox olanlara peyvəndlərin vurulmasına başlanılıb
"Vətəndaşların COVİD-19-a qarşı vaksinasiyası yalnız tibb müəssisəsində aparılmalıdır. Çünki peyvəndən sonra ola biləcək allergik reaksiyalarının qarşısının alınması yalnız tibb müəssisəsində mümkündür".
AzNews.az xəbər verir ki, bunu Trend-ə TƏBİB-in İnfeksion Xəstəliklər üzrə işçi qrupunun üzvü Vüsalə Yaşar deyib.
Onun sözlərinə görə, vətəndaşlar vaksinasiyadan sonra müəyyən müddət -15-30 dəqiqə ərzində tibb müəssisəsində nəzarətdə olurlar.
V.Yaşar qeyd edib ki, artıq vaksinasiyanın ikinci mərhələsinə - yaşı 65-dən çox olanlara peyvəndlərin vurulmasına başlanılıb:
“Peyvənddən sonra iki sutka ərzində xəstələrlə telefon əlaqəsi saxlanılır. Vaksin vurduran insanlar şikayətlərini telefonla sahə həkimlərinə bildirə bilərlər. Ciddi hal müşahidə olduqda sahə həkimi evə də gələ bilər”.