• Toplum
  • 16 Aprel 17:17
  •  2 073

Ötən il KİV-də ictimai mənəviyyat əleyhinə 91 fakt aşkarlanıb

Məsuliyyətə cəlb olunanlar var

Hesabat ilində internet informasiya resurslarının və kütləvi informasiya vasitələrinin gündəlik monitorinqi də aparılaraq insan alveri, onun müxtəlif formaları və ictimai mənəviyyat əleyhinə olan 370-ə yaxın hüquqazidd əməl barədə məlumat aşkarlanıb.

Bu, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2020-ci il üzrə illik məlumatında əksini tapıb.

Məlumatda qeyd olunub ki, bunların hər biri üzrə qanunauyğun tədbirlərin görülməsi təmin edilib. Ümumən ictimai mənəviyyat əleyhinə olan hüquqazidd əməllərlə bağlı 91 fakt müəyyən edilərək 24 nəfər cinayət məsuliyyətinə, 185 nəfər inzibati məsuliyyətə cəlb olunub.

Aznews.az