Dəniz sahilindən çəkilmiş görüntülərdə dənizdə yanğının baş verdiyi məlum olub Dəniz sahilindən çəkilmiş görüntülərdə dənizdə yanğının baş verdiyi məlum olub
  • Toplum
  • 4 İyul 2021 23:06
  •  7 321

"SOCAR"dan Xəzərdəki partlayışla bağlı açıqlama - VİDEO

Dəniz sahilindən çəkilmiş görüntülərdə dənizdə yanğının baş verdiyi məlum olub

"SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib, iş normal rejimdə davam edir".

Aznews.az xəbər verir ki, bu barədə SOCAR-dan bildiriblər.

Məlumatda əlavə olunub ki, "Ələt istiqamətində dənizdə müşahidə olunan partlayışla əlaqədar ilkin ehtimal palçıq vulkanının püskürməsidir".

SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib ki, partlayış "Ümid" yatağından 10-12 km aralıda olub. SOCAR-ın heç bir platformasında partlayış baş verməyib.

xxx

Xəzər dənizində partlayışla müşahidə olunan yanğın baş verib.

Aznews.az xəbər verir ki, yanğınla bağlı dəniz sahilindən çəkilmiş görüntülər sosial mediada yayılıb.

Yanğının baş vermə yeri və səbəbi barədə hələlik rəsmi məlumat yoxdur.