• Toplum
  • 17 İyul 23:59
  •  3 499

Bu il Bakıda itkin düşən 65 şəxs tapılmayıb

Bakı Şəhər Prokurorluğunda keçirilən əməliyyat müşavirəsində bildirilib

Bu il Bakıda itkin düşmüş 211 şəxs (2020-ci ilin müvafiq dövründə 184 şəxs) axtarışda olub.

Aznews.az xəbər verir ki, bu barədə Bakı Şəhər Prokurorluğunda keçirilən əməliyyat müşavirəsində qeyd edilib.

Qeyd olunub ki, onlardan 146 (130) şəxs müəyyən edilərək barəsində axtarış işinə xitam verilib, 65 (54) şəxsin isə yerinin müəyyən edilməsi mümkün olmayıb.