Yanğınla mübarizə məqsədilə... Yanğınla mübarizə məqsədilə...
  • Toplum
  • 20 İyul 2021 18:44
  •  5 391

Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət ETDİ

Yanğınla mübarizə məqsədilə...

Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib.

Nazirliyin mətbuat xidmətindən Aznews.az-a verilən xəbərə görə, əhalidən bina və yaşayış komplekslərinin həyətlərinə girişdə, habelə həyətlərdə avtomobilləri yalnız parklanma üçün nəzərdə tutulmuş yerlərdə nizamla park edilməsi xahiş olunur. Çünki yanğınla mübarizə məqsədilə xüsusi təyinatlı texnikalar binanın həyətinə girişdə avtomobillərin nizamsız park edilməsi səbəbindən çətinliklə rastlaşır.