Ötən gün Fövqəladə Hallar Nazirliyinin 100 nəfər əməkdaşı Türkiyəyə yollanıb Ötən gün Fövqəladə Hallar Nazirliyinin 100 nəfər əməkdaşı Türkiyəyə yollanıb
  • Toplum
  • 31 İyul 2021 15:51
  •  4 338

Yanğının söndürülməsində Türkiyə və Azərbaycan birgə çalışır

Ötən gün Fövqəladə Hallar Nazirliyinin 100 nəfər əməkdaşı Türkiyəyə yollanıb

Aznews.az xəbər verir ki, bu barədə APA-nın hadisə yerinə ezam olunmuş müxbiri məlumat verib.

Hazırda havanın küləkli olması yanğınsöndürənlərin işini çətinləşdirib.

Hava şəraitinə baxmayaraq hadisə baş verən ərazilərin bir hissəsində yanğın lokallaşdırılıb. Yanğının söndürülməsində Türkiyə və Azərbaycandan gedən yanğınsöndürənlər birgə iştirak edir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə ötən gün Fövqəladə Hallar Nazirliyinin 100 nəfər əməkdaşı Türkiyəyə yollanıb.