- Toplum
- 23 Avqust 2021 19:28
- 4 387
Azərbaycanda məktəblərdə “Zəfər tarixi” tədris olunacaq
Tədris dilindən asılı olmayaraq, bütün siniflərdə kurs dövlət dilində - Azərbaycan dilində tədris olunacaq
Bütün ümumi təhsil müəssisələrinin IX siniflərində dərsdənkənar məşğələlərə ayrılan saatlardan 1 saat dərs cədvəlinə daxil edilməklə “Zəfər tarixi” kursu tədris ediləcək.
Aznews.az xəbər verir ki, bu, ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planlarının təsdiqi haqqında əmrdə əksini tapıb.
Qeyd olunub ki, tədris dilindən asılı olmayaraq, bütün siniflərdə kurs dövlət dilində - Azərbaycan dilində tədris olunacaq.