- Toplum
- 24 Yanvar 2022 19:04
- 5 549
Azərbaycanda 757 nəfər COVID-19-a yoluxub

9 nəfər vəfat edib
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 757 yeni yoluxma faktı qeydə alınıb, 302 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Aznews.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 634 488 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 612 594 nəfər müalicə olunaraq sağalıb, 8 619 nəfər vəfat edib, aktiv xəstə sayı 13 275 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 145, ötən müddət ərzində isə ümumilikdə 6 070 424 test aparılıb.